İnşası 2016-cı ildə start götürmüş bu yaşayış kompleksi Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Ceyranbatan gölünün yanında ekoloji təmiz yerdə yerləşir. Bakı-Sumqayıt yolunun 26-cı km-də, Ceyranbatan qəsəbəsi, Əvəz Paşayev küçəsində tikilməkdə olan 9 mərtəbəli bu binalar ümumi olaraq 11 blokdan ibarət olacaq.
Bina tikintisində ən yüksək keyfiyyətli materiallardan istifadə edilir. Mənzillərdən Ceyranbatan gölünə açılan gözəl mənzərə buranı daha da cəlbedici edib. “EKOPARK Ceyranbatan” layihəmizin məqsədi mənzil sahibi olmaq istəyən ailələr üçün ən əlverişli satış şərtləri ilə həm ekoloji həm də ekonom mənzillər təqdim etməkdir. Kompleksdə avtomobillərin girişi qadağan olunmuş həyət, uşaq meydançası, fəvvarə, açıq havada mini futbol meydançası da planlaşdırılmışdır.
Burada bir sözlə övladlarımızın tam sağlam böyüməsi üçün yaradılan şərait “SASGroup” Şirkətinin gələcəyimizə verdiyi dəyərdir. “EKOPARK Ceyranbatan” layihəsində artıq tamamlanmış və istifadəyə verilmiş mənzillər də mövcuddur.
Whatsapp