“SASGROUP” Şirkəti 2015-ci ildən fəaliyyət göstərməkdədir və əsas fəaliyyət istiqaməti yaşayış komplekslərinin inşasından ibarətdir.
Hal-hazırda, şirkət tərəfindən “EkoPark – Ceyranbatan” yaşayış kompleksinin tikintisi uğurla davam etdirilir, habelə, “EkoPark – Xırdalan” yaşayış kompleksinin tikintisinin başlanması üçün hazırlıq işləri görülür.
“EkoPark – Ceyranbatan” yaşayış kompleksi Abşeron yarımadasının ekoloji cəhətdən əlverişli guşələrinin birində yerləşməklə, Ceyranbatan su anbarının bir neçə addımlığındadır.
Yaşayış kompleksindəki mənzillərin alıcılar arasındakı böyük populyarlığının digər səbəblərindən biri də onun, Bakı - Sumqayıt yoluna yaxınlığıdır ki, bu da sakinlərə istər Bakı şəhərinin, istərsə də Sumqayıt şəhərlərinin mərkəzlərinə rahat və əlavə vaxt itkisinə yol verilmədən çatmasına imkan verir.
Mənzil sahibləri həm piyada çatıla biləcək məsafədə yerləşən mövcud olan infrastruktur obyektlərdən, həm də yaxın gələcəkdə, yaşayış kompleksinin infrastrukturunu inkişaf planı ilə nəzərdə tutulan yeni obyektlərdən istifadə etmək imkanına malik olacaqlar.
Yaşayış kompleksinin yerləşmə sahəsi, şəhər təlaşı, mərkəzi yollardakı daimi tıxaclar, o cümlədən təmiz hava, sakitlik və sükut çatışmazlığından qurtulmaq istəyən insanları daha çox cəlb edir. Eyni zamanda, yaşayış kompleksinin bir neçə addımlığında orta məktəb və bağçanın olması da mühüm əhəmiyyət daşıyır.
Yaşayış kompleksinə həmçinin pəncərələri və eyvanları Ceyranbatan su anbarının mənzərəli görünüşünə açılan mənzillər də daxildir.
Mənzilin birbaşa tikinti şirkətindən əldə edilməsi olduqca sərfəli və etibarlı əqddir! “EkoPark - Ceyranbatan” yaşayış kompleksindəki mənzilləri siz olduqca əlverişli şərtlərlə və əhalinin geniş təbəqələri üçün əlverişli qiymətlərlə möhlətli ödənişlə əldə edə bilərsiniz.
Görülən işlər
Bitmiş Layihələr
Davam edən layihələr
Görüləcək işlər
İnşası 2018-ci ildə start götür...
İnşası 2016-cı ildə start götürmüş b...